nəqliyyat Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi sərnişin təyyarələri Ankara Esenboğa Hava Limanını Türkiyədə hava nəqliyyatı 2025 Türkiyə nəqliyyat layihələri Sərnişin rekordu Sərnişin sayı hava limanında sərnişin rekordu

Ankara Esenboğa Hava Limanında yanvar rekordu: Beynəlxalq sərnişin sayında 30 faiz artım

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-ci ilin yanvar ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 1 milyon 244 min 310 nəfər olub.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 9 faiz artaraq, 902 min 348 nəfər, beynəlxalq reyslər üzrə isə 30 faiz artaraq 341 min 962 nəfər təşkil edib.

2026-ci ilin yanvar ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 13 min 112 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq, 7 min 798 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 34 faiz artaraq, 5 min 313 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2026-ci ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 9 faiz artaraq, 8 min 799 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq, 6 min 158, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 2 min 641 olub.

2026-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 17 milyon 773 min 67 nəfər, yük daşınması isə 401 min 866 ton təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 247 milyon 17 min 152 nəfər, yük daşınması isə 5 milyon 149 min 714 ton təşkil edib.

Mövzuya görə xəbərlər