Son dəqiqə

Avtomobil sənayesi məhsulları Özəl Türkiyə Ticarət nazirliyi

Türkiyənin Qazaxıstana avtomobil sənayesi məhsulları ixracı azalıb(ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar - iyul aylarında Türkiyənin Qazaxıstana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz azalaraq, 67,9 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə Qazaxıstana 10,4 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 13,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Türkiyənin 2024-cü ilin yanvar-iyul aylarında avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq 20 milyard 818 milyon dolları ötüb.

“2024-cü ilin iyul ayında Türkiyənin dünya bazarlarına avtomobil sənayesi məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 14,7 faiz artaraq, 3 milyard 123,5 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 35 milyard 778,2 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər