Bakı, TurkicWorld
2024-cü ilin iyun ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz arataraq, 38 milyon 92 min 629 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz azalaraq, 8 milyon 154 min 410 nəfər, beynəlxalq reyslər üzrə isə 10 faiz artaraq 29 milyon 938 min 219 nəfər təşkil edib.
2024-cü ilin iyun ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 1 milyon 536 min 840 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 99 min 93 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 17 faiz artaraq, 1 milyon 437 min 747 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin iyun ayı ilə müqayisədə 4 faiz artaraq, 253 min 115 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 9 faiz azalaraq, 57 min 783, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 195 min 332 olub.
Bu ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 104 milyon 725 min 264 nəfər, yük daşınması isə 2 milyon 242 min 185 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük daşınması isə 4 milyon 211 min 507 ton təşkil edib.