Son dəqiqə

İstanbul Beynəlxalq Hava Limanı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyədə hava nəqliyyatı 2025 Hava nəqliyyatı infrastrukturu

İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 10 milyondan çox xarici sərnişin (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-ci ilin fevral ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 12 milyon 771 min 781 nəfər olub.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 5,9 faiz artaraq, 2 milyon 497 min 817 nəfər, beynəlxalq reyslər üzrə isə 5 faiz artaraq 10 milyon 273 min 964 nəfər təşkil edib.

2026-ci ilin fevral ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 548 min 702 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 29 min 237 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 6 faiz artaraq, 519 min 464 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2026-ci ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin fevral ayı ilə müqayisədə 6 faiz artaraq, 84 min 551 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 6 faiz artaraq, 17 min 674, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 66 min 877 olub.

2026-ci ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 32 milyon 857 min 590 nəfər, yük daşınması isə 249 min 326 ton təşkil edib.

Mövzuya görə xəbərlər