Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi müdafiə sanayesi məhsulları

Yanvar-mart aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz azalaraq, 1 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə 370,7 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 26,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 5,5 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər