Yanvar-fevral ayında Türkiyədə Çin kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Yanvar-fevral ayında Türkiyədə Çin kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2024-cü ilin yanvar-fevral ayında Türkiyədə Çin kapitalı ilə 15 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Çin şirkətlərinin sayının artması ilə yanaşı, onların ümumi kapitalı da artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Çin şirkətlərinin məcmu kapitalı 903,3 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 2,6 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-fevral ayında Çin şirkətlərinin əksəriyyəti İstanbulda (15) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Çin şirkətlərinin ümumi kapitalı 903,3 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən ki, 2024-cü ilin yanvar-fevral ayında Türkiyədə Çin kapitalı ilə 8 ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.