Son dəqiqə

TOBB

Türkiyədə qurulan İran şirkətlərinin sayı 3 dəfəyə yaxın azalıb

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-iyun ayında Türkiyədə İran kapitalı ilə 187 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 dəfəyə yaxın azdır.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 228 milyon 10 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 356 milyon 865 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyun ayında İran şirkətlərinin əksəriyyəti İstanbulda (170) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən İran şirkətlərinin ümumi kapitalı 216 milyon 210 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-iyun ayında Türkiyədə İran kapitalı ilə 84 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər