Son dəqiqə

TOBB

Türkiyədə Misir sərmayəli şirkətlərin sayı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə Misir kapitalı ilə 73 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 59 şirkət azdır.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 107 milyon 410 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 101 milyon 595 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-sentyabr ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (70) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 99 milyon 210 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə Misir kapitalı ilə 44 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər