Son dəqiqə

TOBB

Türkiyədə BƏƏ sərmayəli şirkətlərin sayı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə BƏƏ kapitalı ilə 84 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 31 şirkət azdır.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan BƏƏ şirkətlərinin məcmu kapitalı 1 milyard 701 milyon 700 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 1 milyard 42 milyon 543 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-sentyabr ayında BƏƏ şirkətlərinin əksəriyyəti İstanbulda (74) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən BƏƏ şirkətlərinin ümumi kapitalı 1 milyard 693 milyon 50 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə BƏƏ kapitalı ilə 36 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər