Son dəqiqə

NATO

Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş konfrans keçirilib

Bakı, TurkicWorld

Bu gün Bakı şəhərində Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq (SNT) proqramının Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

TurkicWorld xəbər verir ki, tədbir zamanı ölkəmizin Alyansla tərəfdaşlığının tarixi, hazırkı vəziyyəti və gələcək perspektivləri, SNT proqramının nailiyyətləri, ölkəmizin NATO-nun rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına və Avropa regionunda enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsi və Azərbaycanın NATO ilə tərəfdaşlığından irəli gələn digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hərbi-siyasi məsələlər idarəsinin rəisi vəzifəsini icra edən Anar Mütəllimov, NATO Baş katibinin əməliyyatlar üzrə müavinin köməkçisi Burcu San, xarici ölkələrdən əlaqədar sahələr üzrə akademik dairələrin üzvləri, təhlilçilər, həmçinin yerli dövlət qurumları və müvafiq təhsil ocaqlarından nümayəndələr iştirak edib.

Mövzuya görə xəbərlər