NATO Rusiya XİN Almaniya

Almaniya səfiri Rusiya XİN-ə çağırıldı

Bakı, TurkicWorld

Almaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu addım ölkənin şərqində NATO dəniz komandanlığı qərargahının yaradılması ilə bilavasitə bağlıdır.

"NATO-nun hərbi infrastrukturunun Almaniya ərazisinə genişləndirilməsi Rusiya höküməti tərəfindən cavabsız qalmayacaq", - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Mövzuya görə xəbərlər