Son dəqiqə

Azərbaycan NATO Azərbaycan NATO tərəfdaşlığı Azərbaycan NATO münasibətləri

NATO baş katibinin müavini Azərbaycana səfər edəcək

BAKI,TurkicWorld

NATO baş katibinin müavini Radmila Şekerinska gələn ilin ilk yarısında Azərbaycana səfər etməyi planlaşdırır.

Bu barədə TurkicWorld-ə NATO-nun rəsmi nümayəndəsi məlumat verib.

"Proqram və tarixlər daxil olmaqla səfərlə bağlı daha ətraflı məlumat müəyyən olunmuş qaydada açıqlanacaq", – deyə o əlavə edib.

Qeyd edək ki, bu səfərdən əvvəl, 2025-ci ilin sonlarında bir sıra məhsuldar yüksək səviyyəli görüşlər keçirili. Həmin görüşlərə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun beynəlxalq sammitlər çərçivəsində Radmila Şekerinska ilə apardığı danışıqlar, eləcə də 2025-ci ilin noyabrında NATO-ya üzv ölkələrin 15 səfirindən ibarət nümayəndə heyətinin Bakıya səfəri daxildir.

Mövzuya görə xəbərlər