Son dəqiqə

Antalya Diplomatiya Forumu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurası

Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

BAKI, TurkicWorld

V Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.

TurkicWorld xəbər verir ki, toplantıda Türkiyə və təşkilatın dövr sədri olan Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunub. İclasda təşkilatın Baş katibi Kubanıçbek Ömüraliyev iştirak edib.

İclasda çıxış edən Ceyhun Bayramov genişlənən geosiyasi parçalanma və davam edən münaqişələr fonunda regional əməkdaşlığın artan əhəmiyyətini vurğulayıb.

Həmçinin mütəmadi keçirilən qeyri-rəsmi Xarici İşlər Nazirləri Şurası iclaslarının əhəmiyyəti qeyd olunub. 2025-ci ilin oktyabrında Qəbələ Sammitində təsis edilən və 2026-cı ilin martında İstanbulda daha da funksionallaşdırılan “TDT+” formatının inklüziv və strateji tərəfdaşlıqların inkişafına xidmət edən mühüm alət olduğu diqqətə çatdırılıb.

Mövzuya görə xəbərlər