BAKI,TurkicWorld
Azərbaycanın analitik materialı Türkiyə mediasında diqqət mərkəzinə düşüb.
TurkicWorld xəbər verir ki, Antalya Diplomatiya Forumu ilə bağlı AzerVoice (VOA) Analitik Təhlil Mərkəzi tərəfindən hazırlanmış “Qlobal xaosda Türk kompası” başlıqlı analiz Türkiyənin aparıcı media platformalarında yayımlanıb.
Materialda forumun qlobal qeyri-müəyyənliklər fonunda dialoqu qoruyan mühüm platforma olduğu vurğulanıb. Türkiyənin çoxşaxəli diplomatiya strategiyası çərçivəsində ADF-nin beynəlxalq sistemdə parçalanmanı idarə edə bilən nadir mexanizmlərdən biri kimi təqdim edildiyi qeyd olunub.
Analizdə bildirilir ki, Antalya Diplomatiya Forumu müxtəlif geosiyasi bloklara aid aktorları eyni platformada bir araya gətirərək qarşılıqlı əlaqələrin davamlılığını təmin edir və müasir beynəlxalq sistemdə “çoxyönlü diplomatik angajman” modelinin praktik nümunəsi kimi çıxış edir.
Eyni zamanda vurğulanıb ki, forum yalnız müzakirə platforması deyil, Türkiyənin regional və qlobal səviyyədə vasitəçilik imkanlarını nümayiş etdirən strateji alətə çevrilib.
Qeyd: Orijinal analitik materialla aşağıdakı linkdən tanış olmaq mümkündür: [LINK]
#Antalya Diplomasi Forumu’na dair analizler de yapılmaya devam ediyor..
— TRT Azerbaycan Temsilciliği (@trtbaku) April 22, 2026
Azerbaycan #Azervoice haber sitesi de, forumu #Türkiye’nin küresel kriz ortamında geliştirdiği çok yönlü diplomasi stratejisinin bir yansıması olarak değerlendirdi.
Analizde, #ADF’nin parçalanmış uluslararası… pic.twitter.com/CyRoRzCvXT







