Son dəqiqə

Azərbaycan ABŞ ABŞ Konqresi və 907-ci bənd

ABŞ-da 907-ci düzəlişin ləğvi: daha iki konqresmen təşəbbüsə qoşuldu

BAKI, TurkicWorld

ABŞ Konqresində Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvini nəzərdə tutan qanun layihəsinə yeni həmmüəlliflər əlavə olunub.

TurkicWorld xəbər verir ki, respublikaçı konqresmenlər Derrik Van Orden (Derrick Van Orden) və Rendi Fayn (Randy Fine) konqresvumen Anna Paulina Luna tərəfindən irəli sürülən təşəbbüsə qoşulublar.

Məlumata görə, Rendi Fayn ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvüdür.

Qeyd edək ki, "Azərbaycana qarşı yardım məhdudiyyətlərinin ləğvi haqqında" qanun layihəsi ABŞ-ın Azərbaycana yardımını məhdudlaşdıran Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğvini nəzərdə tutur.

Mövzuya görə xəbərlər