Bakı, TurkicWorld
Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə NATO Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis ilə bir araya gəlib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" platformasındakı paylaşımında məlumat verilib
Fidan NATO Xarici İşlər Nazirləri Toplantısının ikinci gün sessiyasında iştirak edib.
Fidan iclasdan əvvəl zalda bəzi həmkarları ilə də görüş keçirib.