Son dəqiqə

Yunanıstan Egey

Yunanıstan Egeydəki raket divarı ilə bağlı açıqlama verib

Bakı,TurkicWorld

Yunanıstanın müdafiə naziri Nikos Dendias, 2030 Gündəmi çərçivəsində ölkənin müdafiəsini gücləndirmək üçün yeni strategiyalar və yerli istehsala yönəlməyin vacibliyini vurğulayıb.

TurkicWorld xəbər verir ki, Yunanıstanın müdafiə texnologiyalarına böyük sərmayələr qoymağa davam etdiyini bildirən Dendias, xaricdən satınalmalar yerinə , yerli istehsala diqqət yetirilməsinin vacibliyini qeyd edib.

Bu mövzuda, o, "Kentauros" pilotsuz uçan aparat sisteminin uğurla sınaqdan keçirildiyini və artıq dəniz donanmasında istifadə edildiyini açıqlayıb.

Həmçinin, Yunanıstanın hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə yeni bir strategiyanın həyata keçiriləcəyini və raketdən müdafiə sistemləri ilə İHA əleyhinə yeni bir qalxan qurmağı planlaşdırdıqlarını bildirib.

Dendias açıqlamasında, "İndiyə qədər Egey dənizinin əsas müdafiəsi donanmamız, Egey üzərindəki hava məkanının müdafiəsi isə təyyarələrimiz idi. Bunlar bizim əsas hava hücumundan müdafiə vasitələrimiz dir və hər ikisi öz işini indiyə kimi mükəmməl yerinə yetirib," -deyə o bildirib.

"Biz raketdən müdafiə qalxanı yaradacağıq, təkcə qoşunlarımızın üzərində deyil, bütün milli ərazimiz üzərində İHA əleyhinə qalxan quracağıq. Egey dənizində keçilməz raket divarı da yaradacağıq. Yunanıstanı gücləndirmək lazımdır və məsələ bunu ən yaxşı və ən qənaətli şəkildə necə edə biləcəyimizdir," deyə Dendias bu sahədə yenilikçi yanaşmalar tətbiq edəcəklərini qeyd edib.

Mövzuya görə xəbərlər