Son dəqiqə

TOBB

Türkiyədə qurulan Türkmənistan şirkətlərinin sayı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə Türkmənistan kapitalı ilə 58 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 şirkət çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 36 milyon 310 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 25 milyon 830 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-oktyabr ayında Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (57) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Türkmənistan şirkətlərinin ümumi kapitalı 34 milyon 810 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə Türkmənistan kapitalı ilə 27 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər