Son dəqiqə

TOBB

Türkiyədə Qırğızıstan sərmayəli şirkətlərin sayı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 15 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 şirkət azdır.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 15 milyon 300 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 106 milyon 420 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-sentyabr ayında Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (12) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Qırğızıstan şirkətlərinin ümumi kapitalı 3 milyon 800 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 8 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər