Bakı, TurkicWorld
2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Misir kapitalı ilə 56 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 şirkət azdır.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 94 milyon 910 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 53 milyon 720 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyun ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (54) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 89 milyon 710 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Misir kapitalı ilə 35 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.