Son dəqiqə

TOBB

Türkiyədə qurulan Suriya şirkətlərinin sayı 3 dəfə azalıb

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Suriya kapitalı ilə 37 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Suriya şirkətlərinin məcmu kapitalı 43 milyon 300 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 122 milyon 950 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyun ayında Suriya şirkətlərinin əksəriyyəti İstanbulda (21) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Suriya şirkətlərinin ümumi kapitalı 17 milyon 300 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Suriya kapitalı ilə 24 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər