Bakı, TurkicWorld
İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhəri ətrafında İranın hüquq-mühafizə qüvvələrinə məxsus yüngül mühərrikli təlim təyyarəsi qəzaya uğrayıb.
TurkicWorld-in xəbər verir ki, bu barədə İran polisi məlumat verib.
Məlumata görə, qəza nəticəsində pilot, pilot köməkçisi və uçuş mühəndisi həlak olub.
Qeyd edək ki, hadisənin texniki nasazlıqdan baş verdiyi bildirilir.