Son dəqiqə

TOBB

Türkiyədə qurulan Livan şirkətlərinin sayı azalıb

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Livan kapitalı ilə 40 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19 şirkət azdır.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Livan şirkətlərinin məcmu kapitalı 42 milyon 750 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 59 milyon 330 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyun ayında Livan şirkətlərinin əksəriyyəti İstanbulda (29) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Livan şirkətlərinin ümumi kapitalı 15milyon 600 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Livan kapitalı ilə 20 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər