Son dəqiqə

Səudiyyə Ərəbistanı TOBB 2025 Türkiyə şirkət qeydiyyatı statistikası 2024 və 2025 Türkiyə şirkət qeydiyyatı müqayisəsi sərbəst kapital artımı Kapital artımı kapital artımı vergisi

Türkiyədə Səudiyyə Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə Səudiyyə kapitalı ilə 53 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Səudiyyə şirkətlərinin məcmu kapitalı 99 milyon 640 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 81 milyon 150 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - oktyabr ayında Səudiyyə şirkətlərinin əksəriyyəti İstanbulda (46) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Səudiyyə şirkətlərinin ümumi kapitalı 76 milyon 590 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - oktyabr ayında Türkiyədə Səudiyyə kapitalı ilə 28 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər