Bakı, TurkicWorld
2024-cü ilin yanvar-iyun ayında Türkiyədə İraq kapitalı ilə 50 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 36 şirkət azdır.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İraq şirkətlərinin məcmu kapitalı 78 milyon 425 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 72 milyon 860 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyun ayında İraq şirkətlərinin əksəriyyəti İstanbulda (66) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən İraq şirkətlərinin ümumi kapitalı 46 milyon 10 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-iyun ayında Türkiyədə İraq kapitalı ilə 57 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.