Bakı, TurkicWorld
2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Səudiyyə Ərəbistanı kapitalı ilə 36 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16 şirkət azdır.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Səudiyyə Ərəbistanı şirkətlərinin məcmu kapitalı 46 milyon 500 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 63 milyon 670 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyun ayında Səudiyyə Ərəbistanı şirkətlərinin əksəriyyəti İstanbulda (27) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Səudiyyə Ərəbistanı şirkətlərinin ümumi kapitalı 34 milyon 250 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Səudiyyə Ərəbistanı kapitalı ilə 15 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.