BMT Təhlükəsizlik Şurası qərarı Roma Livan ordusuna dəstəyi UNIFIL-dən sonra da davam etdirmək istəyir İtaliya UNIFIL-dən sonra da Livanda hərbi kontingent saxlaya bilər İtaliya Livanda beynəlxalq hərbi mövcudluğun qorunmasını dəstəkləyir İtaliya Livanda hərbi iştirakını çoxtərəfli formatda davam etdirəcək UNIFIL mandatının başa çatması Livanda beynəlxalq hərbi missiya

İtaliya UNIFIL-in mandatı bitdikdən sonra Livanda hərbi mövcudluğunu saxlamaq niyyətindədir

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İtaliya 2026-cı il dekabrın 31-də BMT-nin Livandakı Sülhməramlı Qüvvələrinin (UNIFIL) mandatının başa çatmasından sonra da ölkədə hərbi mövcudluğunu davam etdirmək niyyətindədir.

TurkicWorld-un məlumatına görə, bu barədə İtaliyanın müdafiə naziri Quido Krosetto Livana səfəri zamanı açıqlama verib. O bildirib ki, UNIFIL missiyası başa çatdıqdan sonra da İtaliya beynəlxalq mövcudluğun qorunmasına və Livan silahlı qüvvələrinin potensialının gücləndirilməsinə dəstək verməyə davam edəcək.

Nazirin sözlərinə görə, Livan ordusunun imkanlarının artırılması ölkənin təhlükəsizliyinin və sərhədlərinin qorunması baxımından vacibdir. Krosetto vurğulayıb ki, İtaliya həm çoxtərəfli, həm də ikitərəfli formatlarda bölgədə iştirakını təmin edəcək.

İtaliya Müdafiə Nazirliyinin nümayəndəsi AFP-yə açıqlamasında Rommanın UNIFIL missiyası başa çatdıqdan sonra da Livanda hərbi kontingent saxlamaq niyyətini təsdiqləyib.

Qeyd edək ki, UNIFIL 1978-ci ildən etibarən İsrail və Livan arasında tampon rolunu oynayır və İsrailin 2000-ci ildə Livanın cənubundan çıxmasından sonra da bölgədə fəaliyyətini davam etdirib. Livan hökuməti missiyanın uzadılmasını istəsə də, BMT Təhlükəsizlik Şurası avqust ayında İsrail və ABŞ-ın təzyiqlərindən sonra UNIFIL üçün yalnız son bir uzadılmanı təsdiqləyib.

Hazırda UNIFIL İtaliya general-mayoru Diodato Abanyaranın rəhbərliyi altında fəaliyyət göstərir və missiyada 49 ölkədən 9 900-dən çox hərbçi iştirak edir. İndoneziyadan sonra 1 099 hərbçi ilə İtaliya UNIFIL-ə ən çox töhfə verən ikinci ölkədir.

İsrail UNIFIL missiyasının başa çatmasını alqışlayıb və İranın dəstəklədiyi “Hizbullah”a qarşı aparılan hərbi əməliyyatlardan sonra Beyrut hökumətini ölkənin cənubunda nəzarəti gücləndirməyə çağırıb. İsrail ilə “Hizbullah” arasında əldə olunmuş atəşkəs çərçivəsində Livan ordusu cənub bölgələrində mövqelərini genişləndirir və silahlı qruplaşmanın infrastrukturunun ləğvi istiqamətində addımlar atır.

Mövzuya görə xəbərlər