Uluslararası İstikrar Gücü Qəzzə missiyası 2026 Qəzzə planı Rəfah bölgəsi təhlükəsizliyi BMT Təhlükəsizlik Şurası qərarı Silahsızlanma prosesi ABŞ-İsrail təhlükəsizlik koordinasiyası Qəzzədə mina təmizlənməsi Qəzzə diplomatiyası Hamas–ABŞ münasibətləri Qəzzəyə beynəlxalq İstikrar Gücü nə vaxt göndəriləcək? Rəfah bölgəsinə beynəlxalq təhlükəsizlik qüvvəsinin yerləşdirilməsi planı Qəzza silahsızlanma prosesinin son tarixinin müəyyən edilməsi

ABŞ beynəlxalq qüvvənin Qəzzəyə yerləşdirilməsi üçün 2026-cı ilin yanvarını hədəf seçib - İsrail mediası

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ administrasiyasının BMT mandatlı Beynəlxalq Təhlükəsizlik Qüvvəsinin Qəzza zolağına yerləşdirilməsi üçün 2026-cı ilin yanvar ayının ortasını hədəf tarix kimi müəyyən etdiyi bildirilib.

TurkicWorld xəbər verir ki, İsrailin “Kanal 14” televiziya kanalının məlumatına görə, ABŞ-ın hazırladığı ilkin qrafikə əsasən beynəlxalq qüvvələrin ilk birləşmələrinin 2026-cı ilin yanvarın ortalarında Qəzzəyə çatması planlaşdırılır. Qüvvələrin Qəzzənin cənubundakı Rəfah bölgəsində yerləşdirilməsi nəzərdə tutulur.

Məlumata görə, yerləşdirmədən əvvəl həmin ərazilərdə fəaliyyət göstərən İsrail ordusu minalar və partlamamış sursatların təmizlənməsi üzrə hazırlıq işlərini tamamlamalı olacaq.

İsrailin Kiryat Gat şəhərində yerləşən Mülki-Hərbi Koordinasiya Mərkəzindən yüksək vəzifəli bir rəsmiyə istinadən bildirilib ki, Qəzza zolağında “silahsızlanma prosesinin tamamlanması üçün son tarix aprel ayının sonu” kimi müəyyən olunub. Rəsminin sözlərinə görə, bu hədəflər “mövcud sahə şərtləri nəzərə alındığında olduqca iddialıdır”.

İddialarla bağlı ABŞ, HƏMAS və vasitəçi tərəflərdən hələlik hər hansı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 18 noyabrda Qəzzədə Sülh Şurasının yaradılmasını və Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin bölgədə fəaliyyət göstərməsini nəzərdə tutan ABŞ-ın təqdim etdiyi qərar layihəsini qəbul etmişdi. Səsvermədə 13 ölkə “lehinə”, Rusiya və Çin isə “çəkinmə” mövqeyi sərgiləmişdi.

Layihə səsvermədən əvvəl “Fələstin dövlətinin qurulmasına aparan ifadələr” ehtiva etdiyinə görə İsrailli siyasətçilər tərəfindən kəskin şəkildə tənqid edilmişdi.

Mövzuya görə xəbərlər