Son dəqiqə

TOBB

Türkiyədə qurulan BƏƏ şirkətlərinin sayı azalıb

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-iyun ayında Türkiyədə BƏƏ kapitalı ilə 61 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 şirkət azdır.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan BƏƏ şirkətlərinin məcmu kapitalı 1 milyard 653 milyon 100 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 628 milyon 108 min 834 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyun ayında BƏƏ şirkətlərinin əksəriyyəti İstanbulda (55) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən BƏƏ şirkətlərinin ümumi kapitalı 1 milyard 646 milyon 200 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-iyun ayında Türkiyədə BƏƏ kapitalı ilə 25 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər