Keçən ilin yanvar-dekabr aylarında İzmir limanı 2 minə yaxın gəmi qəbul edib (ÖZƏL)

Keçən ilin yanvar-dekabr aylarında İzmir limanı 2 minə yaxın gəmi qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin İzmir limanı 1 607 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində İzmir limanı Türkiyə bayrağı altında üzən 334 gəmi qəbul edib, digər ölkələrin bayraqları altında üzən 1 273 gəmi qəbul edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 60 min 195 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 40 min 918, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 277 olub.

Nazirlikdən bildirilib ki, keçən ilin dekabr ayında Türkiyə limanları 4 min 697 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 190, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 507 olub.

Aytac Süleymanova

Twitter: a_alieva_