Ötən il Türkiyədə Rusiya kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Ötən il Türkiyədə Rusiya kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ildə Türkiyədə Rusiya kapitalı ilə 714 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 649 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Rusiya şirkətlərinin sayı azalsa da, onların ümumi kapitalı artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 743,4 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 565,7 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ildə Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (222) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Rusiya şirkətlərinin ümumi kapitalı 426,2 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildiriblər.

Məlumata əsasən ki, 2023-cü ildə Türkiyədə Rusiya kapitalı ilə 19 inşaat, 375 topdan və pərakəndə ticarət şirkəti, 24 turizm şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Aytac Süleymanova

Twitter: a_alieva_