Ötən il Türkiyədə Çin kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı artıb (ÖZƏL)

Ötən il Türkiyədə Çin kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı artıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ildə Türkiyədə Çin kapitalı ilə 128 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Çin şirkətlərinin sayının artması ilə yanaşı, onların ümumi kapitalı da artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Çin şirkətlərinin məcmu kapitalı 237,5 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 135,3 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ildə Çin şirkətlərinin əksəriyyəti İstanbulda (88) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Çin şirkətlərinin ümumi kapitalı 181,4 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildiriblər.

Məlumata əsasən ki, 2023-cü ildə Türkiyədə Çin kapitalı ilə 1 inşaat, 48 topdan və pərakəndə ticarət şirkəti, 5 turizm şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

X: Lamanasadli01