Ötən il Türkiyədə Almaniya kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Ötən il Türkiyədə Almaniya kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ildə Türkiyədə Almaniya kapitalı ilə 318 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 166 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Almaniya şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Almaniya şirkətlərinin məcmu kapitalı 275,5 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 251,2 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ildə Almaniya şirkətlərinin əksəriyyəti İstanbulda (158) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Almaniya şirkətlərinin ümumi kapitalı 206,3 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildiriblər.

Məlumata əsasən ki, 2023-cü ildə Türkiyədə Almaniya kapitalı ilə 29 inşaat, 102 topdan və pərakəndə ticarət şirkət, 9 turizm şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

X: Lamanasadli01