İlin əvvəlindən İzmir limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb (ÖZƏL)

İlin əvvəlindən İzmir limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-sentyabr aylarında İzmir limanı 1 219 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində İzmir limanı Türkiyə bayrağı altında üzən 234, digər ölkələrin bayraqları altında üzən 985 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin sentyabr ayında Türkiyə limanları 5 min 480 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 601, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 879 olub.

2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 45 min 603 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 31 min 60, Türkiyə bayrağı altında olan gəmilər isə 14 min 543 olub.

Aytac Süleymanova

Twitter: a_alieva_