Son dəqiqə

Özəl Türkiyə limanları Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Antalya limanı

Yanvar-iyul aylarında Antalya limanı 400-dən çox gəmi qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Antalya limanı 403 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Türkiyənin Antalya limanı Türkiyə bayrağı altında üzən 169, digər ölkələrin bayraqları altında üzən 234 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin iyul ayında Türkiyə limanları 5 min 606 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 628, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 978 olub.

2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 34 min 444 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 23 min 728, Türkiyə bayrağı altında olan gəmilər isə 10 min 716 olub.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər