Son dəqiqə

İraq Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) avtomobil ixracı İxracat

Türkiyənin İraqa avtomobil ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən İraqa avtomobil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 45,7 faiz azalaraq, 17 milyon 988 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında İraqa avtomobil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 28,1 faiz azalaraq, 8 milyon 772 min 95 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 faiz artaraq, 3 milyard 543 milyon 949 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq, 6 milyard 604 milyon 498 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 42 milyard 150 milyon 101 min dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər