...

Kanada Ukraynaya 4 ədəd "Leopard" tankı verə bilər

Dünya xəbərləri Digər xəbərlər 26 Yanvar 2023 10:51
TurkicWorld Daspina Hasanova
Kanada Ukraynaya 4 ədəd "Leopard" tankı verə bilər

Bakı. TurkicWorld:

Kanada 4 ədəd "Leopard 2" tankını Ukraynaya verməklə "tank koalisiyasına" qoşula bilər.

TurkicWorld xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "CBS News" agentliyi məlumat yayıb.

Məlumata əsasən, Kanada 4 ədəd "Leopard 2" tankını Ukraynaya verməyi düşünür, lakin hələlik heç bir qərar verilməyib.

Qeyd olunur ki, tankların təhvil verilməsi barədə açıqlama artıq cümə axşamı verilə bilər. "Həmsöhbətlərdən biri Kanadanın Ukraynaya ölkənin silahlı qüvvələrində ən köhnə olan A4 modelli tankı verəcəyini deyib. Kanada A4-ü Əfqanıstandakı müharibə zamanı Niderlanddan alıb", - deyə məlumatda bildirilir.

Eyni zamanda, ölkənin baş naziri Castin Trüdo çərşənbə günü tankların təhvil verilməsi ilə bağlı öhdəlik götürməyib: "Bu gün mən heç bir açıqlama verməyəcəyəm, amma sizi əmin edirəm ki, biz Ukraynaya kömək etmək üçün başqa nə edə biləcəyimizi çox diqqətlə nəzərdən keçiririk".

Məqalədə:
Xəbərlər

Xəbər lenti