Son dəqiqə

İran Səudiyyə Ərəbistanı Oman Dəniz təhlükəsizliyi Hörmüz boğazı dənizçilər neft tankeri Sidr tankeri

Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Oman İranın hücumuna məruz qalan Səudiyyə Ərəbistanına məxsus “Sidr” neft tankerinin 16 heyət üzvünü xilas etdiyini açıqlayıb. Gəmi Hörmüz boğazından keçərkən hücuma məruz qalan iki nəhəng neft tankerindən biri olub.

TurkicWorld xəbər verir ki, Oman hakimiyyəti İran tərəfindən hücuma məruz qalan Səudiyyə Ərəbistanına məxsus “Sidr” tankerinin 16 heyət üzvünün xilas edildiyini bildirib.

“Sidr” Səudiyyə Ərəbistanı nefti daşıyan və təxminən bir həftə əvvəl Hörmüz boğazından keçərkən hücuma məruz qaldığı bildirilən iki nəhəng tankerdən biri olub.

Səudiyyə Ərəbistanı ötən çərşənbə günü milli gəmiçilik şirkəti “Bəhri”yə məxsus tankerə hücum nəticəsində iki filippinli dənizçinin həlak olduğunu açıqlamışdı.

Hadisə Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı gərginliyin artdığı bir vaxtda baş verib.

Mövzuya görə xəbərlər