Son dəqiqə

İran Yəmən Qırmızı dəniz ƏrəbistanDənizi Ədən körfəzi Rəşad əl-Əlimi Yəmən hakimiyyət

Yəmən hakimiyyəti Bab əl-Məndəb boğazının İrana və husilərə təhvil verilməyəcəyini bəyan etdi

BAKI,TurkicWorld

Yəmən hakimiyyəti İranın və Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatının dəstələrinin Qırmızı dənizi Ərəbistan dənizinin Ədən körfəzi ilə birləşdirən Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirməsinə heç vaxt icazə verməyəcək.

Bu barədə Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad əl-Əlimi bəyan edib.

"Husilərin birləşmələri Bab əl-Məndəb boğazına yaxınlaşmaq haqqında düşünsələr, ciddi itkilərlə üzləşəcəklər", - deyə əl-Əlimi bildirib.

O vurğulayıb ki, ölkəsi "heç bir halda İranın və Tehranla əlaqəli husilərin Bab əl-Məndəbə nəzarət etməsinə yol verməyəcək".

Mövzuya görə xəbərlər