BAKI,TurkicWorld,Yusif Şərifzadə
Birləşmiş Ərəb Əmirlikləri İranın Küveyti raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alan hücumunu ən sərt şəkildə pisləyib. Əbu-Dabi hücumu Küveytin suverenliyinin açıq şəkildə pozulması, ölkənin təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdid kimi qiymətləndirib.
TurkicWorld xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi yaydığı bəyanatda İranın Küveytə qarşı həyata keçirdiyi hücumu “təcavüzkar hücum” adlandırıb. Nazirlik Tehran tərəfindən atılan raketlərin və pilotsuz uçuş aparatlarının Küveyti hədəfə aldığını bildirib.
BƏƏ tərəfi hücumun Küveytin suverenliyinin açıq şəkildə pozulması olduğunu vurğulayıb.
Nazirlik İranın hərbi addımlarının Küveytin təhlükəsizliyi və sabitliyinə birbaşa təhdid yaratdığını bildirib.
Əbu-Dabinin açıqlaması İranın Küveytə qarşı təkrar hücumlarının bölgə ölkələrinin sərt reaksiyasına səbəb olduğu bir vaxtda verilib.
BƏƏ bundan əvvəl də İranın bölgədəki bir sıra ölkələrə qarşı həyata keçirdiyi hücumları pisləyərək dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulamışdı.







