Son dəqiqə

Fələstin İsrail İsrail hökuməti İordan çayının qərb sahili Regional gərginlik

İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail hakimiyyətinin işğal altındakı İordan çayının qərb sahilinin Cənin bölgəsində yeni yəhudi yaşayış məntəqəsi yaratdığı bildirilir.

TurkicWorld xəbər verir ki, Fələstinin “WAFA” xəbər agentliyinin məlumatına görə, “Noa” adlandırılan yeni yaşayış məntəqəsi Cənin bölgəsində fələstinlilərə məxsus torpaqlarda daha əvvəl salınmış digər yaşayış məntəqələrinin cənubunda yerləşir.

Məlumata əsasən, yeni yaşayış məntəqəsinin yaradılması ilə bağlı keçirilən mərasimdə bir neçə İsrail naziri və Knessetin üzvləri iştirak edib.

Yeni yaşayış məntəqəsinin yaradılması İordan çayının qərb sahilinin şimal hissəsində İsrailin məskunlaşdırma layihələrinin genişləndiyi bir dövrə təsadüf edir.

Fələstin tərəfi İsrailin yaşayış məntəqələri siyasətini beynəlxalq hüquqa zidd hesab edir və bunun bölgədə gərginliyi artırdığını bildirir.

İsrail tərəfi isə yaşayış məntəqələri ilə bağlı siyasətini təhlükəsizlik və tarixi bağlılıq arqumentləri ilə əsaslandırır.

Mövzuya görə xəbərlər