Son dəqiqə

İran Tehran ABŞ dolları İran iqtisadiyyatı İran rialı

İranda bir ABŞ dolları 2 milyon riala çatdı - Bu pula indi nə almaq mümkündür?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran rialı ABŞ dolları qarşısında tarixinin ən aşağı səviyyəsinə enib. Sərbəst bazarda bir ABŞ dollarının məzənnəsi 2 milyon rial həddini keçib. Milli pul vahidinin kəskin ucuzlaşması ölkədə əhalinin alıcılıq qabiliyyətinin azalmasını daha da sürətləndirib.

TurkicWorld xəbər verir ki, rialın yeni tarixi minimuma enməsi ABŞ-nin İran iqtisadiyyatına təzyiq göstərmək məqsədilə yeni və daha sərt məhdudiyyətlər tətbiq etməsindən sonra baş verib.

Müharibədən əvvəl 2 milyon riala İranda təxminən 4 kiloqram pomidor, yarım kiloqram toyuq əti və bir litrə yaxın duru yağ almaq mümkün idi.

Hazırda isə eyni məbləğlə həmin ərzaqların təxminən yarısını almaq mümkündür. Bu, rialın dəyər itirməsi ilə yanaşı, ölkədə gündəlik ərzaq məhsullarının qiymətlərinin sürətlə artdığını göstərir.

Məlumata görə, müharibədən əvvəlki dövrlə müqayisədə pomidorun orta qiyməti 71 faiz bahalaşıb.

Toyuq ətinin qiymətində 74 faizlik artım qeydə alınıb. Ən kəskin bahalaşmalardan biri isə duru yağda müşahidə edilib.

Duru yağın orta qiyməti 177 faiz artıb. Beləliklə, əhalinin eyni miqdarda pulla ala bildiyi əsas ərzaq məhsullarının həcmi ciddi şəkildə azalıb.

Rialın ucuzlaşması və gündəlik tələbat mallarının bahalaşması İran əhalisinin alıcılıq qabiliyyətinə təzyiqi artırır.

Mövzuya görə xəbərlər