Son dəqiqə

Fələstin İsrail Qəzza İsrail ordusu Mülki itkilər Qəzza Səhiyyə Nazirliyi Qəzzada müharibə

Qəzzada son sutkada İsrail hücumları nəticəsində azı 6 fələstinli ölüb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzza zolağında son 24 saat ərzində İsrail hücumları nəticəsində azı 6 fələstinli həlak olub, 36 nəfər yaralanıb. Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

TurkicWorld xəbər verir ki, nazirliyin açıqlamasına əsasən, daha əvvəl İsrail hücumları zamanı yaralanan iki nəfər son sutkada aldıqları xəsarətlərdən həyatını itirib.

Eyni müddət ərzində dağıntılar altından daha bir nəfərin cəsədi çıxarılıb.

Qəzza Səhiyyə Nazirliyi bildirib ki, ötən ilin oktyabrında ABŞ-nin vasitəçiliyi ilə əldə olunan atəşkəsin qüvvəyə minməsindən sonra İsrail hücumları nəticəsində azı 1 296 nəfər həlak olub.

Nazirliyin məlumatına görə, həmin dövrdə daha 4 296 nəfər yaralanıb.

Açıqlamada 2023-cü ilin oktyabrından indiyədək Qəzza zolağında İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin ümumi sayının azı 73 431 nəfərə çatdığı bildirilib.

Eyni dövrdə yaralananların sayının 174 437 nəfər olduğu qeyd edilib.

Qəzza Səhiyyə Nazirliyinin son məlumatları bölgədə insan itkilərinin davam etdiyini göstərir.

Mövzuya görə xəbərlər