Son dəqiqə

İran ABŞ Donald Tramp İran müharibəsi ABŞ-İran münasibətləri ABŞ-İran münaqişəsi İnqilab Keşikçiləri Korpusu Trampın açıqlaması

Trampdan İrana sərt mesaj - “Ağ bayraq qaldırın”

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ prezidenti Donald Tramp İranı təslim olmağa çağıraraq ölkənin “ağ bayraq qaldırmalı” olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, Tramp bu sözləri “Foks Nyus” telekanalına müsahibəsində deyib.

ABŞ prezidenti bildirib ki, onun administrasiyası İran İslam İnqilab Keşikçiləri Korpusu ilə birbaşa gizli əlaqə kanalı yaradıb.

Tramp bununla yanaşı, münaqişənin başa çatdırılması üçün üzərində hər hansı təzyiq olmadığını və tələsmədiyini vurğulayıb.

O, İnqilab Keşikçiləri Korpusunun üzvlərini “yaxşı poker oyunçuları” adlandırıb, lakin onların ağır itkilər verdiyini iddia edib.

“Onlar yaxşı poker oyunçularıdır, amma ölürlər”, – deyə Tramp bildirib.

ABŞ prezidenti münaqişənin başa çatdırılması üçün konkret vaxt çərçivəsinin olmadığını qeyd edib.

“Vaxt məhdudiyyətim yoxdur. Mən tələsmirəm”, – deyə Tramp əlavə edib.

Mövzuya görə xəbərlər