BAKI,TurkicWorld,Yusif Şərifzadə
Fələstinin HƏMAS hərəkatı İsrailin Cenin yaxınlığında daha əvvəl boşaldılmış qanunsuz məskunlaşmaların bərpası qərarını pisləyib.
TurkicWorld xəbər verir ki, HƏMAS-ın açıqlaması işğal altındakı İordan çayının qərb sahilində İsrail məskunlarının zorakılığının və məskunlaşmaların genişləndirilməsinin artdığı bir vaxta təsadüf edib.
Hərəkat İsrailin əvvəllər boşaldılmış Qanım məskunlaşmasını yenidən bərpa etmək qərarına münasibət bildirərək, işğalın Fələstin xalqını öz torpaqlarından çıxara bilməyəcəyini vurğulayıb.
HƏMAS fələstinliləri öz torpaqlarına bağlılıqlarını və müqavimətini gücləndirməyə, İsrail hərbçiləri və məskunlarına qarşı müqavimət göstərməyə çağırıb.
İsrailin ifrat sağçı maliyyə naziri Betsalel Smotrix çərşənbə günü Cenin ərazisində fələstinlilərə məxsus 26 binanın söküldüyünü açıqlayıb.
Smotrix bildirib ki, söküntülər 2005-ci ildə boşaldılmış Qanım və Kadim məskunlaşmalarının yenidən qurulması məqsədilə həyata keçirilir.
Qanım və Kadim məskunlaşmaları 2005-ci ildə İsrail tərəfindən boşaldılıb.
HƏMAS-ın açıqlaması Nablus yaxınlığında fələstinlilərə məxsus bir neçə evin məskunlar tərəfindən mühasirəyə alınması da daxil olmaqla, İordan çayının qərb sahilində gərginliyin artdığı bir vaxtda verilib.






