Son dəqiqə

Fələstin İsrail Beynəlxalq Ədalət Məhkəməsi Beynəlxalq hüquq Bezalel Smotriç İordan çayının qərb sahili İsrail yaşayış məntəqələri evlərin sökülməsi

Bezalel Smotriç fələstinlilərə məxsus tikililərin sökülməsini alqışlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin maliyyə naziri Bezalel Smotriç işğal altındakı İordan çayının qərb sahilinin şimalında fələstinlilərə məxsus 26 tikilinin sökülməsinə başlanıldığını bildirib.

TurkicWorld xəbər verir ki, Smotriç söküntü işlərinin həmin ərazidə İsrail məskunlaşmasının yenidən bərpasına hazırlıq çərçivəsində həyata keçirildiyini deyib.

İsrailli nazir söküntüləri məskunlaşmanın və təhlükəsizliyin gücləndirilməsi üçün “vacib addım” adlandırıb.

Smotriç İsrail yaşayış məntəqələrinin ölkənin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını iddia edib.

Beynəlxalq hüquqa əsasən, İsrailin işğal altındakı İordan çayının qərb sahilində saldığı yaşayış məntəqələri qanunsuz hesab olunur.

Beynəlxalq Ədalət Məhkəməsi də İsrailin işğal olunmuş Fələstin ərazilərində davam edən mövcudluğunun qanunsuz olduğu qənaətinə gəlib.

Mövzuya görə xəbərlər