İran Pakistan Tehran Abbas Əraqçi İslamabad Diplomatiya Regional Təhlükəsizlik Möhsin Nəqvi

İran xarici işlər naziri Pakistanın daxili işlər naziri ilə görüşüb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda səfərdə olan Pakistanın daxili işlər naziri Möhsin Naqvi ilə görüşüb.

TurkicWorld xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Möhsin Naqvi İran rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehrana səfəri çərçivəsində Abbas Əraqçi ilə görüş keçirib.

Görüşün detalları açıqlanmasa da, tərəflərin ikitərəfli münasibətlər, regional vəziyyət və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdiyi bildirilib.

Pakistanın daxili işlər nazirinin İran səfəri Tehran və İslamabad arasında diplomatik təmasların artdığı bir dövrə təsadüf edir.

Pakistan daha əvvəl İran və ABŞ arasında gərginliyin azaldılması istiqamətində vasitəçilik səylərində iştirak edib.

İslamabad və Tehran arasında təhlükəsizlik, sərhəd məsələləri və regional əməkdaşlıq istiqamətində mütəmadi görüşlər keçirilir.

Mövzuya görə xəbərlər