Bəhreyn Körfəz Əməkdaşlıq Şurası Oman Diplomatiya Regional Təhlükəsizlik Körfəz regionu Heysəm bin Tariq Həməd bin İsa Əl-Xəlifə

Oman və Bəhreyn liderləri regional təhlükəsizlik məsələlərini müzakirə edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Oman Sultanı Heysəm bin Tariq və Bəhreyn Kralı Həməd bin İsa Əl-Xəlifə regional və beynəlxalq məsələləri telefon danışığı zamanı müzakirə ediblər.

TurkicWorld xəbər verir ki, Oman Dövlət Xəbər Agentliyinin məlumatına görə, iki lider arasında keçirilən telefon danışığında bölgədəki son hadisələr və təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.

Məlumata əsasən, tərəflər regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi yolları barədə fikir mübadiləsi aparıblar.

Oman və Bəhreyn liderləri iki ölkə arasındakı ikitərəfli münasibətlərin inkişafı məsələlərini də müzakirə ediblər.

Danışıq zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulduğu bildirilib.

Telefon danışığı Körfəz regionunda gərginliyin davam etdiyi və ölkələrin təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələri artırdığı bir dövrə təsadüf edib.

Oman və Bəhreyn Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələr kimi regional sabitlik məsələlərində əməkdaşlıq edir.

Mövzuya görə xəbərlər