BAKI,TurkicWorld,Yusif Şərifzadə
HƏMAS rəsmisi Əbdül Rəhman Şədid İsrailin işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərin evlərini dağıtmaq siyasətini pisləyib.
TurkicWorld xəbər verir ki, Əbdül Rəhman Şədid açıqlamasında İsrailin bu siyasətinin fələstinliləri torpaqlarından əl çəkməyə və məskunlaşanların hücumlarına qarşı müqavimətdən uzaqlaşdırmayacağını bildirib.
HƏMAS rəsmisi Nablusun cənub-qərbində yerləşən Təl kəndində fələstinli Faruq Ramazanın evinin dağıdılmasını "fələstin xalqına qarşı kollektiv cəza" adlandırıb.
Şədid İordan çayının qərb sahilində yaşayan fələstinliləri birliyə və dağıdılmış evlərin sahiblərinə dəstək göstərməyə çağırıb.
Faruq Ramazanın iyulun 24-də Təl kəndinə silahlı məskunlaşanların hücumu zamanı baş verən qarşıdurmada iştirak etdiyi bildirilib.
Məlumata görə, həmin qarşıdurmadan sonra İsrail ordusu bölgədə hərbi əməliyyata başlayıb və hadisə nəticəsində dörd fələstinli və iki israilli həyatını itirib.
İsrail ordusu daha əvvəl Faruq Ramazanın iki İsrail əsgərinin ölümü ilə nəticələnən atışmada iştirak etdiyini bildirib.
İordan çayının qərb sahilində evlərin dağıdılması siyasəti beynəlxalq insan hüquqları təşkilatları tərəfindən də tənqid olunur.







