BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari İran və Oman arasında Hörmüz boğazı ilə bağlı aparılan danışıqların irəliləmiş mərhələyə çatdığını bildirib.
TurkicWorld xəbər verir ki, Macid əl-Ənsari danışıqların mühüm mərhələdə olduğunu və Dohanın bölgədə gərginliyin azaldılması istiqamətində bütün səyləri dəstəklədiyini açıqlayıb.
Qətər rəsmisi bildirib ki, İran və Oman arasında aparılan müzakirələr kritik mərhələyə daxil olub.
Onun sözlərinə görə, vasitəçi ölkə kimi Qətər Hörmüz boğazının mümkün qədər tez açılmasını istəyir.
Əl-Ənsari qeyd edib ki, bölgədə sabitliyin təmin olunması üçün diplomatik səylərin davam etdirilməsi vacibdir.
İran və Oman arasında aparılan danışıqlar Hörmüz boğazında gəmi hərəkətinin bərpası və təhlükəsiz keçidin təmin olunması məsələlərinə yönəlib.
Hörmüz boğazı dünya enerji daşımaları üçün ən mühüm dəniz keçidlərindən biri hesab olunur və burada yaranan hər hansı məhdudiyyət qlobal bazarlara təsir göstərə bilər.







